Tomas Tuhel "Bavariya"nın təklifini qəbul etmədi

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatacaq Yupp Haynkesin əvəzinə baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi baş məşqçi postuna son olaraq Dortmund "Borussiya"sını çalışdıran Tomas Tuhel gətirmək istəyib. Lakin mütəxəssis bu təklifi geri çevirib. 44 yaşlı baş məşqçi Bundesliqada çalışmaq istəmədiyi üçün belə qərar verib. Tuhel Avropada böyük komandaların birində işləmək niyyətindədir. Bu barədə "Bild" nəşri mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, Tomas Tuhel ötən ildən işsizdir.

Tarix: 25 Mart [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio