Memfis Depaydan "Milan" açıqlaması

20:00 - 28 Mart 2018

Fransanın "Lion" klubunda çıxış edən Memfis Depay bu mövsüm sərgilədiyi oyunla Avropa klublarının transfer radarına düşməyi bacardı.

 

Sportal.az xəbər verir ki, Hollandiya millisinin üzvü transfer şayiələri haqda açıqlama verib. Adı daha çox "Milan"la hallanan futbolçu açıqlamasında bu fikirləri səsləndirib:

 

"Hazırda yalnız "Lion"a köklənmişəm. İndi transferlə bağlı danışmaq zamanı deyil. "Milan" tarixi olan böyük klubdur. Ancaq dünyada başqa böyük komandalar da var".

 

Qeyd edək ki, Depay mövsümün əvvəlində "Mançester Yunayted"dən "Lion"a keçib. 24 yaşlı vinger bu mövsüm 43 oyuna 13 qol vurub, 9 məhsuldar ötürmə verib.

Xəbər xətti