Dadaşov Almaniyada 21-ci qolunu vurdu

00:07 - 29 Mart 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin)  səfərdə “Altqlinike” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da futbolçumuz vurub. Belə ki, o, 31-ci dəqiqədə hesabı açıb.

 

Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdırıb.

 

"Dinamo" hazırda 46 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti