Nəbiyev Gürcüstanda debüt matçında məhsuldar ötürmə etdi

14:37 - 31 Mart 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” klubunda ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, gənc oyunçu səfərdə “Dinamo” (Batumi) ilə matçda debüt edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Nəbiyev 90 dəqiqə meydanda olub. O, komandasının yeganə qolunun ötürməsini verib.

Xəbər xətti