Zidan: "Əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə ilə Madridə dönək"

19:40 - 3 Aprel 2018

“5 il “Yuventus”da oynamışam və burada çox şey öyrənmişəm. Onlar hər zaman məni bir ailəm kimi qarşılayır”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib. Fransalı mütəxəssis bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”a qarşı keçirəcəkləri matç öncəsi fikirlərini açıqlayıb. Zidan ötənilki finaldan fərqli qarşılaşma gözlədiklərini bildirib:

 

“Yuventus”da gözəl xatirələrim var. İndi isə “Real”ın məşqçisiyəm. Bugünkü qarşılaşmaya Kardiffdəki matç kimi yanaşmaq doğru deyil. İndi tamamilə fərqlidir və heç bir əlaqəsi yoxdur. Biz qalib gəlməyə çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə ilə Madridə dönək”.

 

Qeyd edək ki, “Yuventus” – “Real” matçı bu gün saat 22:45-də başlayacaq. 

Xəbər xətti