"Keşlə"ni bəyənmədi, Belarusa üz tutdu

12:53 - 6 Aprel 2018

Qış fasiləsində "Keşlə"nin təlim-məşq toplanışında baxışda olan Sergey Postupalenko özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Belarusun "Torpedo-BelAZ" klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu "Keşlə"nin səviyyəsini bəyənmədiyi üçün düşərgəni tərk etmişdi. 

 

Postupalenkonun son klubu Ukrayna “Olimpik”i olub.

Xəbər xətti