Nazarov oynadı, komandası qalib gəldi

18:34 - 7 Aprel 2018

Almaniya 2-ci bundesliqasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” öz meydanında “Sent Pauli”ni qəbul edib. Görüş  meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, “Aue” 39 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti