Rüfət Dadaşov: "Azərbaycan millisinə dəvət almaq üçün bu qərarı verdim"

19:03 - 8 Aprel 2018

"Dinamo"dan titul qazanaraq ayrılmaq istəyirəm. Berlin kubokunu qazanmaq arzusundayıq. Buna klubun azarkeşləri layiqdir".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov deyib.

 

Dadaşov yeni klubu "Proyssen"ə keçidi haqda danışıb. O, transferini bu cür izah edib: "Əlbəttə, bu qərar heç də asan olmadı. "Dinamo"da yaxşı karyeram oldu və gözəl günlər keçirdim. Lakin daha irəli getmək üçün bu addımı atdım. Azərbaycan millisinə dəvət almaq üçün bu qərarı verdim. Çünki bunun üçün daha yüksək səviyyəli çempionatda çıxış etməlisən".

 

Qeyd edək ki, Dadaşov bu mövsüm "Dinamo"da 23 qol vurub. O, yeni mövsümdən etibarən 3-cü Bundesliqa təmsilçisi "Proyssen"də çıxış edəcək. Tərəflər arasında iki illik müqavilə imzalanıb.

Xəbər xətti