Ufuk Budak oynamadı, komandası heç-heçə etdi

10:26 - 9 Aprel 2018

Türkiyə TFF 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” doğma meydanda “İstanbulspor”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Zədədən əziyyət çəkən Ufuk bu görüşün iştirakçısı olmayıb.

 

“Samsunspor” hazırda 34 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti