AFFA I Divizion klublarını cərimələdi

15:50 - 12 Aprel 2018

İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda I Dİvizionun son turu ilə bağlı qərarlar verilib:

 

I Divizionun XXII turunun “Şüvəlan” – “Sabah” matçının 66-cı dəqiqəsində “Sabah” klubunun 55 №-li futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XXII turunun “Xəzər” – “MOİK” matçının 90+4-cü dəqiqəsində “Xəzər” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur.

 

I Divizionun XXII turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti