Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılır

10:10 - 13 Aprel 2018

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. 

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

 

“Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Roma” (İtaliya) yarımfinalda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Xəbər xətti