Ziya Əzizov oynamadı, komandası məğlub oldu

12:45 - 14 Aprel 2018

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 36-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Fortuna” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Əzizov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti