İqnasio Herrera: "Komandada rəqabət çoxalıb" MÜSAHİBƏ

22:50 - 15 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda "Neftçi" səfərdə "Zirə"yə 3:0 hesabıyla qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra matçda komandasının ikinci qolunu vuran İqnasio Herrera jurnalistlərə müsahibə verib. Çilili vinger öncə oyun barədə danışıb:
 
- Çətin matç olacağını bilirdik. Xüsusilə də meydan amilini vurğulayardım.Biz bu komandanı Premyer Liqada məğlub edə bilmirdik. Çox sevinirəm ki, bu tilsimi qıra bildik.
 
- "Zirə"yə çempionatda ilk dəfə qalib gədliz. Bunu ikiqat qələbə adlandırmaq olar?
- Əlbəttə, "Zirə" bizim əsas rəqibimizdir. Artıq xal fərqini birə endirmişik. Bu oyunu unudub növbəti matçlara hazırlaşmalıyıq.
 
- Atan oyununu stadiondan izləyəndə daha motivasiyalı olursan. Bu gün də qol vurmağa müvəffəq oldun.
- Atam 14 min km məsafəni qət edərək Çilidən yanıma gəlib. Buna sevrnirəm. İki gündən bir oyuna çıxırıq. Ona görə də atamı tez-tez görə bilmirəm. Şadam ki, bu oyunda qalib gəldik. O da bizim qələbəyə şahidlik etdi.
 
- Atan oyun zamanı sənə nəsə işarələr göstərirdi…
- Başqalarından fərqli olaraq, mənim atam komandaya bağlı adamdı. Hər bir oyunçumuzu tanıyır, bizi dəstəkləyir. Oyun zamanı motivasiya üçün belə edir.
 
- “Zirə” sindromunu qırmaq sənin üçün nə deməkdir?
- Qələbənin həzzini çıxarmaq istəyirik. Buna baxmayaraq, heç nə bitməyib. Onlardan bir xal geriyik. Növbəti oyunlara köklənməliyik.
 
- Qarşıdan “Qəbələ” ilə kubok oyunu var. Bu oyundan sonra komandada yorğunluq var. Baş məşqçi cavab qarşılaşmasında sürpriz heyət çıxara bilər?
- Asan oyun olmaycaq. "Qəvələ" bizə qarşı ilin ən vacib matçına çıxacaq. Oyuna qalib gəlmək üçün çıxacağıq.
 
- İndiki “Neftçi” mövsümün əvvəlindəki kimi olsaydı, komanda çempionatda hansı mövqedə olardı?
- Komandada rəqabət çoxalıb. Əvvəl belə deyildi. Mövsümə pis başlamışdıq. Lazımsız xallar itirdik. İndi bilirik ki, səhv etmək hüququmuz yoxdur. Ötən oyunla bu matçı müqayisə etsək, görərik ki, baş məşqçi heyətdə rotasiyalar etmişdi. Buna baxmayaraq, qələbə qazandıq. Bu, onu göstərir ki, komandada rəqabət, birlik var.
 
- Bu tempdə sona qədər davam edə biləcəksiz?
- İnşallah. Çox əziyyət çəkmişik. Təlim-məşq toplanışlarında çalışdıq. Əziyyətimizin bəhrəsini görmək istəyirik.

Xəbər xətti