Premyer Liqaya vəsiqə qazanan ilk komanda müəyyənləşdi

12:51 - 16 Aprel 2018

İngiltərədə Çempionşipdən Premyer Liqaya vəsiqə qazanan ilk komanda müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Vulverhempton” çempionatın 43-cü turunda "Birmingem Siti"yə 2:0 hesabıyla qalib gələrək xallarını 92-yə çatdırıb. “Canavarlar” bununla da 6 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.

 

Çempionşipdə ikinci yeri tutan komanda da Premyer Liqaya birbaşa vəsiqə qazanacaq. İkinci yer uğrunda "Kardiff Siti", "Fulhem" və "Aston Villa" gərgin mübarizə aparır. 3-6-cı yerin sahibləri isə pley-off oyunlarında 3-cü vəsiqəni müəyyən edəcəklər.

Xəbər xətti