Kamran Quliyev "Kapital Bank"ı "Sumqayıt"ın əlindən "alır"?

13:02 - 16 Aprel 2018

Riad Rəfiyevin gəlişindən sonra "Sumqayıt"ın yeni sponsor axtarışına çıxması, iki tərəfdaşla əlaqə qurması, biri ilə müqavilə bağlaması diqqət çəkir. İlk baxışdan normaldı. Çünki komanda avrokuboklara vəsiqə qazanmağa yaxındır və bu mənada yeni sponsorlara ehtiyac var. Lakin bu canfəşanlığın bir səbəbi də var.

 

Sportal.az rekord.az-a istinadən məlumat verir ki, komandanın tərəfdaşlarından biri olan "Kapital Bank"la münasibətlərə son qoyula bilər.

 

Daha doğrusu, yayda tərəflər arasında müqavilənin yenilənməməsi qorxusu var. Bunun da səbəbi sözügedən bankın "Neftçi" ilə əməkdaşlıq etmək ehtimalıdır. İş ondadır ki, "Kapital Bank"ı "Sumqayıt"a cəlb edən sabiq prezident Kamran Quliyev olmuşdu. Quliyev isə hazırda "Neftçi"nin prezidentidir və deyilənə görə, sabiq tərəfdaşlarını da məhz yeni klubuna aparmaq istəyir. Yəni yayda "Kapital Bank" "Sumqayıt"la əməkdaşlığa son qoyub "Neftçi" ilə sponsorluq müqaviləsi bağlasa, qətiyyən təəccüblənməyin.

 

Xəbər xətti