Ayaz Quliyevə şans verilmədi

16:31 - 16 Aprel 2018

Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda “SKA-Xabarovsk” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Ayaz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Rostov” geridə qalan turlarda topladığı 30 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti