"Bavariya"da Vidal şoku

17:50 - 16 Aprel 2018

"Bavariya"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı üzvlərindən olan Arturo Vidal zədələnib. Bazar günü baş tutan məşqdə zədə alan futbolçunun durumu ciddidi.

 

Sağ dizindən xəsarət alan çilili yarımmüdafiəçi əməliyyat olunacaq. 30 yaşlı futbolçunun Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a qarşı oynayıb-oynamayacağı bilinmir.

 

Qeyd edək ki, "Bavariya" - "Real" qarşılaşması 25 aprel tarixində baş tutacaq.

Xəbər xətti