"Bavariya" - "Real" matçının hakimləri müəyyənləşdi

16:08 - 23 Aprel 2018

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Bavariya” - “Real” matçının hakimlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı hollandiyalı referi Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri - yan xətt hakimi kimi Sander Van Rukel, Ervin Zeystra, əlavə köməkçi hakimlər kimi isə Pol Van Bukel və Dennis Hiqler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Çarlz Sxaap yerinə yetirəcək.

 

Qeyd edək ki, “Bavariya” - “Real” matçı aprelin 25-də, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti