"McDonald’s Azərbaycan"ın dəstəklədiyi basketbol komandası çempionluq titulunu qorudu

14:56 - 24 Aprel 2018

Kişilər arasında keçirilən Basketbol üzrə 25-ci Respublika Çempionatına yekun vuruldu. Aprelin 21-də baş tutan final qarşılaşmasında McDonald’s Azərbaycan-ın dəstəklədiyi NTD komandası bütün rəqiblərinə qalib gələrək çempionatın ən yüksək tituluna – respublika çempionluğunu qazandı.

 

Əsasən 20 yaşlılardan ibarət olan NTD komandası 2001-ci ildən Respublika və beynəlxalq turnirlərdə öz güclərini sınayıb və bir sıra beynəlxalq turnirlərin qalibi olmuşdur. Komandanın baş məşqçisi Tahir Baxşıyev də vaxtilə bu komandada oyunçu kimi oynamış və hal-hazırda komandaya rəhbərlik edir. Tahir Baxşıyevin sözlərinə görə, komandanın gözəl uğurları və çempionluq tituluna yenidən yüksəlməsi çox qürurvericidir.

 

NTD komandası 17 il ərzində Respublika Çempionatında 11 dəfə çıxış edib və bunlardan 8 dəfə respublika çempionu olub. Qalib gələn komandanın 20 yaşlı oyunçuları ölkəmizi bu il Bolqariyada keçirilən Avropa Çempionatında təmsil edəcəklər. Avropa Çempionatında komandanın rəqibləri Belorusiya, Latviya, Belçika və Makedoniya kimi ölkələrin komandaları olacaq.

 

Qeyd etmək lazımdır ki, McDonald’s Azərbaycan hər zaman idmana öz dəstəyini nümayiş etdirir. Müxtəlif beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisi olan bu şirkət, ənənəvi olaraq, müştərilərə idmana bağlı kampaniyalar, təkliflər və aksiyalar keçirir.

 

Xəbər xətti