"Kəpəz"də ilk yolçu məlum oldu

15:15 - 25 Aprel 2018

Cari mövsüm Topaz Premyer Liqasının autsayderi olan "Kəpəz" çempionatda sonuncu pilləni tutsa belə, növbəti mövsümI Divizionda deyil, elitada mübarizə aparacağı variantlar arasındadır.

 

Sportal.az-ın məlumatına görə, komandanın baş məşqçisi Yunis Hüseynov heyətdən göndərəcəyi futbolçuları müəyyənləşdirməkdədir. Təcürbəli mütəxəssis ötən yay komandaya cəlb olunan Dedimar Ferreyranı sərəncamında görmək istəmir. Bu səbəbdən də braziliyalı müdafiəçi ilə başa çatacaq müqavilə yenilənməyəcək.

Xəbər xətti