Elnur Çodarov: "Bəzi oyunçularn ustalıq səviyyəsi çatmadı"

21:37 - 27 Aprel 2018

"Zirə" Topaz Premyer Liqasının XXV turunda öz meydanında “Qarabağ”ı qəbul edib və 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən “Zirə”nin məşqçisi Elnur Çodarov fikirlərini bildirib:

 

- Yaxşı oynadıq və gözəl mübarizə apardıq. Bəzi epizodlarda rəqib üçün boşluqlar yaratdıq. Elə oyunçular var idi ki, istəniləni ortaya qoya bilmədilər, oyunu qalib başa vurmaq üçün sona qədər döyüşə bilmədilər. Hücumda çoxalmağa çalışsaq da, bəzi oyunçularn ustalıq səviyyəsi çatmadı.

Xəbər xətti