Dadaşov oynamadı, komandası yenə qələbəyə həsrət qaldı

13:52 - 30 Aprel 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə Leyptsiq “Lokomotiv”i ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O,  zədə səbəbindən may ayının sonlarına kimi yaşıl meydanlardan kənarda qalacaq.

 

"Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti