"Beşiktaş"ın iki futbolçusu mövsümü başa vurdu

00:00 - 1 May 2018

Türkiyə Super Liqasında mübarizə aparan "Beşiktaş" iki ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki,  komandanın hücumçusu Alvaro Neqredo və müdafiəçisi Pepe üçün mövsüm erkən başa çatıb. Super Liqanın 31-ci turunda "Qalatasaray"la matçda (0:2) zədələnən hər iki oyunçunun mövsümün qalan hissəsini buraxacaqları məlum olub.

 

"Beşiktaş"da daha öncə Caner Erkin də mövsümü başa vurmuşdu.

 

Qeyd edək ki, Super Liqanın başa çatmasına 3 tur qalmış turnir cədvəlinə 66 xalla "Qalatasaray" başçılıq edir. 1 xal geri qalan "Başakşəhər" ikinci pillədə qərarlaşıb."Fənərbaxça" 63 xalla üçüncü, "Beşiktaş" 62 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər xətti