“Dinamo” Rüfət Dadaşovsuz məğlub oldu

00:20 - 3 May 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 19-cu turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “Nordhauzen”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, ciddi zədə aldığından mayın sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.

 

"Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti