Ture "Mançester Siti"dən gedir

11:51 - 5 May 2018

Kot-d-İvuar millisinin futbolçusu Yaya Ture mövsümün sonunda çıxış etdiyi "Mançester Siti"dən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 34 yaşlı yarımmüdafiəçi ilə  mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaqlarını deyib.

 

Qeyd edək ki, Ture 2010-cu ildə "Barselona"dan 24 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunub.

Xəbər xətti