Yuri Maksimov: "8 komandalı çempionatda nə isə kəşf etmək mümkün deyil" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 

- Bu matç böyük əhəmiyyət kəsb etmirdi. Hər komandanın fərqli məqsədləri var idi. Onu deyə bilərəm ki, yaxşı komandaya qarşı oynadıq. Futbolçularımızın istəyi var idi. Rəqibdən geri qalmadıq. Hər oyuna qələbə üçün çıxırıq. Bizim üçün əhəmiyyətsiz oyun yoxdu. Qarşıda bizi vacib kubok oyunu gözləyir. Həmin oyuna köklənəcəyik.

 

- Bu oyunun ciddi əhəmiyyəti olmasa da, kubokun finalındakı rəqiblə üz-üzə gəldiz. Bu baxımdan kəşfiyyat xarakteri daşıyırdı. Rəqib barədə nə öyrənə bildiz? 
- 8 komandalı çempionatda nə isə kəşf etmək mümkün deyil. Komandalar bir-birini tanıyırlar. Buna görə, bu matçda kəşfiyyat aparmadım. Sadəcə, futbolçular özlərinə hörmət edirlər. Buna görə, sona kimi oynadılar.

 

- Bu gün meydanda əsl “Keşlə”ni gördük, yoxsa əsl “Keşlə”ni 28 mayda, kubokun finalında görəcəyik?
- Belə deyim, kim yaxşı oynayacaqsa, o da kubokun finalında şans qazanacaq.

 

- Vaqif Cavadov bu gün sanki axına qarşı hərəkət edirdi. Komanda müdafiə olunanda, hücuma keçirdi, hücumda olanda isə əksinə. Onu əvəzləməyə sizə nə mane oldu?
- Mən fərqli fikirdəyəm. Bu gün Cavadovun oyununda razı qaldım.

Tarix: 5 May [21:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio