Azarkeşlərdən "Qarabağ"a sürpriz FOTO

19:33 - 6 May 2018

Topaz Premyer Liqasının 26-cı turunda “Qarabağ” “Neftçi”ni qəbul edir. 

 

Sportal.az xəbər verir ki, oyunun əvvəlində meydan sahiblərinin azarkeşləri sevimli komandalarına xoş sürpriz ediblər. Belə ki, Ağdam təmsilçisinin azarkeşləri bütün tribunanı əhatə edən, “Qarabağ”ın və azarkeş təsvirinin əks olunduğu xoreoqrafiya nümayiş etdiriblər. Xoreoqrafiyadan başqa, “More than a club” (Bir klubdan daha artıq), “More than a fan” (Bir azarkeşdən daha artıq) sözləri yazılmış pankart da açılıb.

 

Hazırda ilk hissəsi oynanılan qarşılaşmada hesab açılmayıb.

 

Xəbər xətti