"Bavariya" Riberiylə bağlı qərar verdi

16:15 - 7 May 2018

"Bavariya"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi yarımmüdafiəçisi Frank Riberi ilə müqavilənin müddətini uzadıb. 35 yaşlı futbolçu daha bir il Bundesliqa klubunda çıxış edəcək.

 

Qeyd edək ki, Riberi 2007-ci ildən "Bavariya"da oynayır.

 

Əlavə edək ki, "Bavariya" Riberidən öncə Aryen Robbenlə də 1 illik müqavilə imzalamışdı.

Xəbər xətti