"Qarabağ" Pedro Enrike ilə bağlı qərar verdi

13:41 - 11 May 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qarabağ"dan ayrılacaq növbəti futbolçunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, mövsümün əvvəlində PAOK-dan icarəyə götürülən Pedro Enrike Ağdam klubunu tərk edəcək. Onun transferi üçün Yunanıstan klubuna müraciət edilməyəcək.

 

Əlavə edək ki, Riçard Almeydanın "Qarabağ"dan ayrılmaq ehtimalı böyükdür.

Xəbər xətti