Millimizin üzvü: "Qarabağ" mənə təklif göndərməyib"

14:09 - 13 May 2018

“Biz həmişəki kimi meydana qələbə üçün çıxmışdıq. Birinci hissədə oyunumuz heç alınmadı. Niyəsini mən də bilmirəm. Demək olar ki, komandada heç nə alınmırdı. "Keşlə”nin isə yaratdığı bütün epizodlar qolla nəticələndi".

 

Sportal.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 27-ci turunda səfərdə "Keşlə"yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra söyləyib. O, məğlubiyyətin səbəblərindən danışarkən bunları da qeyd edib:

 

“Bəlkə də ot örtüyü bizə mane oldu. Ola bilər ki, komandada motivasiya da zəif olsun. Əsas amil isə motivasiya deyil. Sadəcə, oyunumuz ilk dəqiqələrdən alınmırdı. Biz hər zaman oyunlara qələbə üçün, 3 xal üçün çıxırıq. Rəqibin oyununda hər şey qaydasında idi".

 

29 yaşlı futbolçu sonda karyerası barədə danışıb: "Qarabağ"la müqaviləm başa çatır. Mənə təklif göndərməyiblər. Hələ ki, gözləyirəm. Çempionat başa çatandan sonra hər şeyə aydınlıq gələcək. Hazırkı klubumdan da təklif yoxdu. Başqa klublarla da danışıqlar aparmamışam. Əlbəttə, hər bir futbolçu daim oynamaq istəyir. Çempionat bitəndən sonra qərar verəcəyik".

Xəbər xətti