"Kəpəz" 400-ə çatdı

11:14 - 14 May 2018

“Kəpəz” Azərbaycan çempionatlarında keçirdiyi səfər oyunlarında 400-cü qolu buraxıb.

 

Sportal.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının XXVII turuna təsadüf edib. “Zirə”yə 1:2 hesabı ilə uduzan Gəncə təmsilçisinin buraxdığı ikinci qol yubiley xarakterli olub. Qərblilərin 282-ci səfər matçında qeydə alınan bu qola 75-ci dəqiqədə Tellur Mütəllimov imza atıb.

 

“Kəpəz” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol buraxan 2-ci komandadır. Yalnız “Turan” daha çox - 432 qola üzülüb.

Xəbər xətti