Milan Duriçə sərt cəza

12:56 - 16 May 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

 

Topaz Premyer Liqasının 27-ci turunun  “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

 

Oyunun 80-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər xətti