"Azersun Arena"da futbolçular arasında dava

19:56 - 21 May 2018

Topaz Premyer Liqasının sonuncu - 28-ci turunda "Qarabağ" "Azersun Arena"da "Qəbələ" ilə qarşılaşır.

 

Sportal.az xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında meydanda ara qarışıb. Belə ki, "Qəbələ"nin kapitanı Cavid Hüseynov Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintananı vurub. Meydanda bir-birinə girə futbolçuları komanda yoldaşları ayırıb. Baş hakim Rəşad Əhmədov Hüseynovu bu hərəkətinə görə meydandan qovub.

 

Qeyd edək ki, Kitnananın vurduğu qolla "Qarabağ" 1:0 hesabı ilə öndədir.

Xəbər xətti