Çempionatın bombardiri mükafatlandırdı

Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Baqali Dabo çempionatın ən yaxşı bombardiri olub. 27 oyunda 13 qol vuran 30 yaşlı hücumçu Premyer Liqanın ən məhsuldar futbolçusu adına yiyələnib.

 

Bu gün keçirilən XXVIII turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində Daboya ən yaxşı bombardir titulu təqdim olunub. O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudur. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

 

Xatırladaq ki, “Səbail” (V tur), “Kəpəz” (XI tur) və “Səbail”lə (XIII tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (VI tur), “Neftçi” (XII tur), “Keşlə” (XIV tur), “Zirə” (XVI tur), “Səbail” (XVII tur), “Keşlə” (XX tur) və “Sumqayıt”la (XXVII tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

Tarix: 22 May [00:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2018
18  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio