Abdulbari Gözəl: "Büdcəmiz ötən mövsümlərdəki kimi olmayacaq" MÜSAHİBƏ

00:12 - 22 May 2018

"Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, o, çempionluq barədə hisslərini bölüşüb: 

 

- Komandaya ilk gündən dəstək veririk. “Qarabağ”ı tanıtmaq bizim məqsədimizdir. Sevinirəm ki, çempion olduq. Klubumuz Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı. Sevindiri haldı ki, “Qarabağ”ı dünyaya çıxara bildik. Bu, Azrəbaycanın səsi idi. Bizim üçün fəxrdir. Xalqımız da bizi çox dəstəklədi. Şirkətimiz zəif təbəqinin yanındadır. İnsanları işlə təmin edirik. Deyirlər ki, “Azersun” fəhlə şirkətidir. Bəli, bu, doğrudur. Xeyli insanın əməyini bir araya gətirərək rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci dəfə ölkə çempionu olduq. 

 

- Çempionlar Liqasında “Qarabağ”dan nə gözləyirsiz?

- Bu mövsüm Çempionlar Liqasının formatında bir az dəyişiklik olub. Bu baxımdan işimiz çətin olacaq. İlk təsnifat mərhələsindən mübarizəyə başlayacağıq və güclülərlə qarşılaşacağıq. Qurban Qurbanov ağıllı insandır, ona güvənimiz sonsuzdur. Bütün səlahiyyət ondadır. Özü Çempionlar Liqası barədə düşünür və nəticə çıxarar.

 

- Komandaya transferlər olacaq?

- Transferlər olacaq, bu, mütləqdir. Bir neçə gün səbirli olsaz, görəcəksiz. Gedənlərin yerinə yaxşı alternativlərimiz var.

 

- Avropada transfer bazarı bahadır. “Qarabağ”ın bu baxımdan işi çətin olmayacaq?

- Büdcəmiz ötən mövsümlərdəki kimi olmayacaq. Avropa ilə də ayaqlaşmaq çətindir. Onlar illərin komandasıdır və gəlirləri var. Bilet satışından çox gəlir götürürlər. Onlar klubdan pul qazanırlar, biz isə sərmayə qoyuruq. Azərbaycana da inşallah, o gün gəlsin, insanlar varlansınlar, biz də biletin birini 50 manata sataq. Onda bizim də maliyyəmiz yaxşı olacaq.

 

- Qoyulan sərmayəni Avropadan götürmək olur?

- Əgər avrokuboklara yüksəlməsək, itirmiş olacağıq. Vəsiqə qazananda isə xərclənən pulun çox hissəsini götürmək olur. İrəli getməliyik. Futbol top kimi yuvarlaqdır. Allah bilir, hara gedəcək. Komandaya dəstək veririk.

Xəbər xətti