Topaz Premyer Liqasında mövsümün rəmzi komandası FOTO

00:33 - 23 May 2018

Topaz Premyer Liqasında 2017-2018-ci il mövsümü başa çatıb.

 

Sportal.az saytının versiyasına görə mövsüm simvolik heyəti aşağıdakı kimidir:

 

Qapıçı - İbrahim Şehiç (Qarabağ). Mövsüm ərzində ən az top buraxan bosniya və herseqovinalı qapıçı stabil oyunu ile etibarlı qapıçı olduğunu bir daha nümayiş etdirdi. 

 

Mərkəz müdafiəçisi -Rəşad Sadıqov (Qarabağ). Komandasının kapitanı olan təcrübəli müdafiəçi ağır keçən mövsümü layiqincə başa vurdu. Bədavi Hüseynovun uzun müddətə sıradan çıxmasından sonra işi daha da çətinləşən Sadıqov bunu hiss etdirmədi.

 

Mərkəz müdafiəçisi - Ruslan Abışov (Neftçi) . "Neftçi"nin kapitanı olan Abışov komandasının əsl lideri olduğunu az qala hər oyunda nümayiş etdirdi. Mövsüm ərzinde bir-birindən vacib 5 qol vuran milli futbolçu "Neftçi"nin bürünc medal qazanmasında mühüm rol oynadı.

 

Sağ cinah müdafiəçisi - Maksim Medvedev (Qarabağ) . Maksim bu mövsümdə də sağ cinahda əvəzolunmaz olduğunu göstərdi. Bəzi zamanlarda mərkəz müdafiəçisi kimi də sınanan Medvedevin əsl mövqeyinin məhz cinah olduğu aşkar göründü.

 

Sol cinah müdafiəçisi - Təmkin Xəlilzadə (Qəbələ). Mövsümün ilk yarısını "Zirə"nin heyətində uğurlu oyunu ilə yanaşı, 4 qol vuran Təmkin qış fasiləsində "Qəbələ"yə keçdi. Burada ise məhsuldar ötürmələri ile diqqət çəkən müdafiəçi simvolik yığmağmaya "Keşlə"də yaxşı təsir bağışlayan Slavik Alxasovdan layiq olduğunu göstərdi.

 

Yarımmüdafiə - Cavid İmamverdiyev (Sumqayıt) . "Sumqayıt"a transfer olduqdan sonra Samir Abasovun rəhbərliyi altında daha inamlı təsir bağışlayan Cavid milli komandaya da dəvət aldı. Vurduğu 6 qolla "Sumqayıt" azarkeşlərinin də sevimlisinə çevrildi.

 

Yarımmüdafiə - Riçard Almeyda (Qarabağ). Komandasının çempionluğunda böyük rolu olan braziliyalı futbolçu vurduğu 5 qol və verdiyi fayda ilə simvolik komandaya layiq olduğunu göstərdi.

 

Yarımmüdafiə -İqnasio Herrera (Neftçi). Çempionatın əvvəlində elə də yaxşı çıxış etməyən çilili futbolçu sonradan toparlanaraq parlaq oyun nümayiş etdirmeyə başladı. 8 qol və məhsuldar ötürmələr edən yarımmüdafiəçi uğurlu olduğunu göstərdi. 

 

Yarımmüdafiə. Stiven Jozef Monroz (Qəbələ) . Daha bir uğurlu transfer sayılan Monroz "Qəbələ"nin bütün hücumlarında feal iştirak etməklə diqqət çəkdi. Əla texnikasıyla azarkeşləri coşduran fransalı 9 qolla adından söz etdirə bildi.


Yarımmüdafiə - Sezar Meza Kolli (Keşlə) Komandaya qış fasiləsində qoşulan paraqvaylı futbolçu qısa zamanda böyük işlər gördü. "Keşlə"nin ölkə kubokunun finalına yüksəlməsində Meza Kollinin əməyi böyükdür.

 

Hücumçu -Baqali Dabo (Qəbələ). "Qəbələ"nin qazandığı uğurların esas səbəbkarlarından biri elə Dabodur. Vurduğu 13 qolla həm komandasının, həm də ölkə çempionatının ən məhsuldar futbolçusu olan Dabo simvolik yıgmaya layiq olduğunu sübut etdi.

 

Ehtiyat oyunçular:

 

Qapıçı : Dmitri Bezotosnı (Qəbələ)

 

Müdafiəçilər: Slavik Alxasov (Keşlə), Jozef Bum (Zirə)

 

Yarımmüdafiəçilər: Rəhman Hacıyev (Neftçi), Dani Kintana (Qarabağ)

 

Hücumçular: Amil Yunanov (Sumqayıt), Mahir Mədətov (Qarabağ)

 

Qeyd: Futbolçuların insta göstəriciləri də əsas götürülüb. 

 

Xəbər xətti