Rövnəq Abdullayev DÇ-2026-ya namizəd ölkələrin nümayəndələri ilə görüşdü

17:45 - 23 May 2018

2026-cı ildə keçiriləcək dünya çempionatını təşkil emək üçün namizədliyini birgə irəli sürmüş ABŞ, Kanada və Meksika futbol federasiyalarının tender qrupundan ibarət nümayəndə heyəti Bakıya səfər edib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında assosiasiya prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşən tender qrupunun üzvləri dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

 

DÇ-2026-nın təşkili üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdi.

Xəbər xətti