Fərhad Vəliyevin yeni iş yeri bəlli oldu

14:11 - 2 İyun 2018

Mövsüm başa çatdıqdan sonra butsılarını mıxdan asan milli komandamızın sabiq qapıçısı Fərhad Vəliyev məşqçi fəaliyyətinə başlayıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis "Səbail" klubunda qapıçılar üzrə məşqçi olacaq. Bu barədə məlumatı Vəliyev saytımıza açıqlamasında deyib.

 

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev milli komandamızda 32 oyun keçirib. İllərin təcrübəsi karyerasına "Sumqayıt"da son qoyub.

 

Xəbər xətti