Zərgərov Diviziona getmək istəmir: "1-2 klubla danışıqlar aparıram"

14:58 - 5 İyun 2018

"Kəpəz"dən ayrılan Samir Zərgərov gələcək karyerası ilə bağlı açıqlama verib.

 

Sportal.az saytına danışan 32 yaşlı yarımmüdafiəçi "Kəpəz"in heyətində I Divizionda oynamaq fikrində olmadığını deyib: "Diviziona getmək fikrim yoxdur. Premyer Liqada çıxış etmək istəyirəm. 1-2 klubla danışıqlar aparıram. Yaxın günlərdə hər şey bəlli olacaq".

 

Qeyd edək ki, Zərgərov qış fasiləsində "Keşlə"dən "Kəpəz"ə keçmişdi.

Xəbər xətti