"Beşiktaş"ın futbolçusuna Səudiyyə Ərəbistanı klubundan təklif

14:14 - 6 İyun 2018

"Beşiktaş"ın ulduz futbolçusu Pepeyə Səudiyyə Ərəbistanıdan təklif gəlib.

 

Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. "Əl-İttihad" klubu İstanbul təmsilçisinə rəsmi təklif ünvanlayıb. Xəbərdə qeyd edilir ki, Səudiyyə Ərəbistanı klubu bu keçid üçün israrlıdır. "Beşiktaş" portuqaliyalı müdafiəçi ilə bağlı qərarı dünya çempionatından sonra verəcək.

 

Qeyd edək ki, 35 yaşlı futbolçu ötən il "Real"dan "qara qartallar"a keçmişdi.

Xəbər xətti