ÇL-in büdcəsi açıqlandı: "Qarabağ" qrupa düşsə, nə qədər qazanacaq?

UEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bununla Azərbaycan klublarının da qazana biləcəyi məbləğ müəyyənləşib.

 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə qədər irəliləyə bilsə, büdcəsini 15,25 milyon avro zənginləşdirəcək.

 

Yarışa I təsnifat mərhələsindən başlayacaq Ağdam klubu 3 raund adlayıb pley-offa qədər irəliləsə, müvafiq olaraq 280, 380 və 480 min avro əldə edəcək. Çempionumuz qrupun bir addımlığında mübarizəni dayandıracağı halda 5 milyon avro alacaq.

 

Qrup mərhələsində hər qələbəyə 2.7 milyon, heç-heçəyə görə 900 min avro ödənəcək.

Tarix: 6 İyun [17:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio