Tural Rzayev: "İstəyirəm ki, Premyer Liqada qalım"

Premyer Liqa ilə vidalaşan "Kəpəz"in futbolçusu Tural Rzayev Sportal.az-a açıqlama verib.

 

24 yaşlı yarımmüdafiəçi gələcək karyerasından danışıb. Rzayev yeni klubunun bəlli olmadığını deyib:

 

"Gözləmə mövqeyindəyəm. Heç bir təklif yoxdur. "Kəpəz"də qalıb-qalmayacağım isə bəlli deyil. Çünki komandanın gələcək taleyi sual altındadır. İstəyirəm ki, Premyer Liqada qalım, amma indidən nəsə demək çətindir. Klubların sayı azdır, futbolçular isə çoxdur. Hər şeyə yaxın zamanda aydınlıq gələcək".

 

Qeyd edək ki, Tural Rzayev son mövsüm Premyer Liqada 24 oyunda (1322 dəqiqə) meydanda olub.

Tarix: 7 İyun [12:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio