İtaliya klubunda yeni baş məşqçi

17:06 - 7 İyun 2018

İtaliyanın "Kalyari" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Rolando Maranla anlaşıb. Bu barədə klubun rəsmi saytıməlumat yayıb. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, italyan çalışdırıcının son klubu "Kievo" olub. O, 2014-cü ildən 2018-in mayına kimi bu kluba rəhbərlik edib.

 

Xəbər xətti