Daha bir ulduz Çinə yollanır

00:59 - 11 İyun 2018

"Benfika"dan Anderson Taliskanı icarəyə götürən Çinin "Quançjao Everqrand" klubu bu dəfə gözünü "Napoli"nin ulduzu Marek Hamşikə dikib.

 

Sportal.az xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, Super Liqa klubu neapollulara slovakiyalı yarımmüdafiəçinin keçidi üçün 30 milyon avro ödəməyə hazırdır. Məlumata görə, klub rəsmiləri İtaliyada görüşüblər və transferin detallarını müzakirə ediblər.

 

Qeyd edək ki, 30 yaşlı kapitan ötən mövsüm 49 oyuna 7 qol vurub, 3 assist edib.

Xəbər xətti