“Qəbələ”yə daha 4 futbolçu qoşuldu

01:08 - 15 İyun 2018

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ toplanışının 3-cü gününü iki məşqlə başa vurub.

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindən qayıdan futbolçular da bugünkü hazırlıqlarda iştirak edib. Hacıağa Hacılı, Qismət Alıyev, Amin Seydiyev və Bəhlul Mustafazadə günün ilk yarısında komandadan ayrı çalışıblar. İlk məşqi fitnes zalda gerçəkləşdirən gənclər günün ikinci yarısında komandayla birlikdə hazırlıq keçib.

Xəbər xətti