Roberto Bordin: "Maraqlandığımız oyunçular arasında italiyalılar da var"

15:48 - 15 İyun 2018

"Neftçi" rəhbərliyinin fikri, düşüncələri mənim xoşuma gəldi. Futbol ictimaiyyəti "Neftçi"nin əvvəlki gücünü bərpa etməsini arzulayır. Mühüm işlər görmək üçün gücümüz, təcrübəmiz var. Artıq dünəndən işimizin icrasına başlamışıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin deyib.

 

İtaliyalı mütəxəssis bu mövsüm daha ciddi hədəflə altında işləyəcəklərini bildirib: "Klubla iki illik müqavilə imzalamışam. Hədəflərimiz var və onlara çatmaq çətin olacaq. Məsələn, "Qarabağ" son illər böyük uğurlar əldə edib. Biz öz komandamızı yaratmalı və bacardığımız qədər uğurlar əldə etməliyik".

 

Bordin transfer çalışmalarını davam etdirdiklərini, oyunçuları gözdən keçirdiklərini vurğulayıb: "İdman direktorumuz ilə birgə çalışır, oyunçulara baxır və qərar veririk. Yaxşı komandamız var. Lakin bizə yenə güclənmək lazımdı. Bəzi mövqelər üçün yeni oyunçuları nəzərdən keçiririk. Maraqlandığımız oyunçular arasında italiyalılar da var. Bu, dil baxımından da vacibdir".  

 

53 yaşlı çalışdırıcı gələcəkdə İtaliyada çalışmasının mümkünlüyünü də dilə gətirib: "Şans yaransa, vətənimdə çalışa bilərəm. Mənimlə maraqlananlar var idi. Amma yalnız "Neftçi" ilə təmasda oldum. Bu klub məni çox istəyirdi. Moldovada çox yaxşı çalışdım, vacib hədəflərə nail olduq. Azərbaycanda da Moldovadakı kimi bacaracağıma, lakin gələcəkdə evimə qayıdacağıma ümidvaram".

Xəbər xətti