Soutqeyt: "Meydanda düzgün qərarlar verdik"

01:43 - 19 İyun 2018

İngiltərə millisinin baş məşqçisi Qaret Soutqeyt DÇ-2018-in qrup mərhələsinin Tunisə 2-1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandanın oyunundan razı qaldığını deyib:

 

"Oyun 1:1 hesabı ilə başa çatsaydı belə, performansımızdan razı qalacaqdım. İlk hissədə çoxlu qol şanslarımız oldu. İkinci hissədə də matçda dominantlıq etdik, səbirli olduq. Cərimə meydançasına ötürmələr etməklə qol şansları yaratdıq. Meydanda düzgün qərarlar verdik. Oyunboyu qol fürsəti axtardıq".

 

"Soutqeyt matçda dubla edərək, komadnaya qələbə qazandıran kapitan Harri Keyn haqda danışıb:

 

Keyn üçün çox sevinirəm. Komandaya əsl liderlik etdi. Bu, olduqca önəmlidir".

 

İngiltərə qrupda ikinci matçını Panamaya qarşı keçirəcək.

Xəbər xətti