Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"

15:04 - 19 İyun 2018

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. "Qarabağ" bu mərhələdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək.  

 

Qurban Qurbanov artıq bu gündən rəqib haqda məlumatlar toplamağa başlayacaqlarını bildirib: "Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

 

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun iyulun 10-11-də Sloveniyada , cavab görüşü isə 17-18 iyulda Bakıda reallaşacaq. 

Xəbər xətti