"Neftçi"də qalmaqal: Legionerlər məşqə buraxılmadı

"Neftçi"nin heyətdən uzaqlaşdırmaq istədiyi Mayk Kampazla Lukas Qomes komandanın məşqlərinə qatılmaq üçün Bakıya gəliblər.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu hazırlıq prosesinə qatılmaq istəsə də, klubun mühafizəçiləri onların qarşısını kəsib. Kolumbiyalı futbolçu Mayk Kampaz sosial şəbəkə hesabında bu barədə etiraz paylaşımı edib: "Qomeslə birgə məşqə qatılmağa getdik. Ancaq mühafizəçilər bizi bazaya buraxmadı. Buna klub rəhbərliyinin qadağa qoyduqlarını dedilər. Bizə öncədən xəbərdarlıq edilməmişdi. Peşəkar futbolçularıq və haqqımızı tələb edirik. Dekabrın 21-nə kimi olan müqavilə şərtlərinə əməl etməyi klubdan tələb edirik". 

 

Qeyd edək ki, hər iki futbolçu ötən mövsümün qış fasiləsində "Neftçi"yə cəlb olunub.

Tarix: 21 İyun [14:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio