"Qarabağ"ın hədəfində olan futbolçuya İtaliya klublarından təklif

15:16 - 21 İyun 2018

"Qarabağ"ın transfer hədəfində olan İtaliyanın "Çezena" klubunun yarımmüdafiəçisi Kərim Laribiyə daha bir neçə təklif göndərilib.

 

Sportal.az xəbər verir ki, tunisli oyunçu "Verona", "Kyevo" və "Venetsia" klublarından da təklif alıb. İtaliya mətbuatının məlumatına görə, 27 yaşlı solaxay vinger "Qarabağ"a gəlməyə də bilər. Tunisli futbolçunun karyerasını İtaliya B Seriyasında çıxış etdirmək variantı daha realdır. İtaliya mətbuatının məlumatına görə, Fabio Qrossonun çalışdırdığı "Verona" klubu tunisli ilə ilkin razılıq əldə edib.

 

Qeyd edək ki, Laribi 2017-ci ildən "Çezena"da çıxış edir.

Xəbər xətti